Suaresin müqaviləsi uzadıldı

17.12.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Uruqvaylı hücumçu Luis Suares "İnter Mayami" ilə müqaviləsini uzadıb.

"Unikal" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

38 yaşlı futbolçunun yeni müqaviləsi 2026-cı il mövsümünün sonuna qədər qüvvədədir.

2025-ci ildə Luis Suares bütün yarışlarda 50 oyun keçirib, 17 qol vurub və 17 məhsuldar ötürmə edib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью