Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Uruqvay millisinin və “İnter Mayami”nin hücumçusu Luis Suarez sosial şəbəkə hesabında komanda yoldaşı Lionel Messi ilə bağlı paylaşım edib.
QOL.az xəbər verir ki, uruqvaylı futbolçu Argentina millisində karyerasını bsşs vuran ulduzla bağlı xoş sözlər yazıb.
“Dostum, bu gün arxanda rekordlar, möhtəşəm anlar və milli komandada qazandığın uğurlarla zəngin bir miras qoyursan. Cənubi Amerika və dünya futbolunun tarixinə düşmüsən. Harada oynamısansa, həmişə öz izini qoymusan. Bununla yanaşı, rəqiblərinə hörmətlə yanaşmısan. Məhz bu xüsusiyyət səni daha da böyük edir.
Qazandığın bütün uğurlar münasibətilə səni təbrik edirəm. Heç vaxt təslim olmadın və çoxumuza göstərdin ki, insan həqiqətən arzularının arxasınca gedərsə, onları reallaşdıra bilər.
Sən şübhəsiz ki, futbolçu kimi nümunəsən. Amma eyni zamanda möhtəşəm insan, komanda yoldaşı və dost olaraq qalırsan. Təşəkkür edirəm, təşəkkür edirəm, təşəkkür edirəm! Səninlə eyni dövrdə yaşamaq imkanına görə həmişə minnətdar olacağam. Səni çox sevirəm!” – deyə Suarez yazıb.