Subay kişiyə boşanma şoku Məhkəmənin bildirişindən heyrətə düşdü

28.11.2024

Icma.az, News24 portalına istinadən məlumat verir.

İzmirin Bayraklı rayonunda yaşayan Aytuğ Arduça şok bildiriş gəlib. 

News24.az yerli mətbuata istinadən xəbər verir ki, o, subay olduğu halda boşanma bildirişi gəlib.

Bayraklı rayonunda özəl şirkətdə çalışan Aytuğ Arduç evinə göndərilən bildirişlə həyatının ən qəribə anını yaşayıb. Daha əvvəl heç evli olmayan Arduç məhkəmənin ona göndərdiyi “Birgə yaşayışın təməli sarsıldığı üçün boşanma" bildirişini görəndə heyrətə düşüb.

Arduç sonradan bu məktubla bağlı vəkilindən soruşduqda bildirişdə hərf səhvi olduğunu öyrəndiyini və sevgilisinə vəziyyəti izah edərkən mübahisə etdiklərini bildirib.

Ağa Dadaşzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью