Subay kişiyə “boşanma” şoku Məhkəmənin bildirişindən heyrətə düşdü KONKRET

28.11.2024

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İzmirin Bayraklı rayonunda yaşayan Aytuğ Arduça şok bildiriş gəlib. 

KONKRET.az yerli mətbuata istinadən xəbər verir ki, o, subay olduğu halda boşanma bildirişi gəlib.

Bayraklı rayonunda özəl şirkətdə çalışan Aytuğ Arduç evinə göndərilən bildirişlə həyatının ən qəribə anını yaşayıb. Daha əvvəl heç evli olmayan Arduç məhkəmənin ona göndərdiyi “Birgə yaşayışın təməli sarsıldığı üçün boşanma” bildirişini görəndə heyrətə düşüb.

Arduç sonradan bu məktubla bağlı vəkilindən soruşduqda bildirişdə hərf səhvi olduğunu öyrəndiyini və sevgilisinə vəziyyəti izah edərkən mübahisə etdiklərini bildirib./News24.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью