Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
ABŞ-də keçirilən genişmiqyaslı elmi tədqiqat zamanı 30 və daha yuxarı yaşda olan 100 milyondan çox insanın sağlamlıq göstəriciləri analiz edilib.
“Yeni Sabah” xəbər verir ki, tədqiqatçılar 2015–2022-ci illər ərzində qeydə alınan 4 milyondan çox xərçəng halını pasiyentlərin ailə vəziyyəti ilə müqayisə ediblər.
Nəticələrə əsasən, heç vaxt ailə qurmayan kişilərdə xərçəngə tutulma göstəricisi evli və ya əvvəllər evli olmuş həmcinsləri ilə müqayisədə təxminən 68 faiz çoxdur. Qadınlar arasında isə bu fərqin daha yüksək – təxminən 85 faiz təşkil etdiyi bildirilir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin