Subay vaxtımda bunu edirdim

27.10.2026

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müğənni Elnur Məmmədov ad günü ilə bağlı açıqlama verib.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda “10+” layihəsində danışıb. O bildirib ki, hər yeni yaşını ailəsi ilə birlikdə keçirməyə üstünlük verir:

“Ən bahalı hədiyyəni ad günümdə özüm özümə alıram. Hər yaşımın üstünə yaş gəldikcə sevinirəm ki, Allah mənə bu qədər ömür verib. Subay vaxtımda ad günü etməyi sevirdim. Hər valideynin arzusu övladını tez evləndirmək idi. Mən də nadinc həyat yaşamışam. Hamının başını qatmaq üçün ad günümü toy kimi keçirirdim. İndi ad günümdə telefonumu bağlayıb özüm üçün yaşayıram. Bu il də ən sevdiyim ad günümü keçirdim: ailəmlə, balalarımla”.

Qeyd edək ki, Elnurun iki oğul övladı var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью