Subaylıq andını pozmusan?! Paşinyan ondan cavab gözləyir

05.06.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

“Bütün ermənilərin katolikosu nüfuz sahibi, ədalətin dönməz müdafiəçisi, həqiqət mənbəyidir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında yazıb.

“İnana bilmirəm ki, bütün erməni katolikosu həqiqəti boğsun. II Qaregin şəxsən aydınlıq gətirsin – o, subaylıq andını pozubmu, övladı varmı? Ondan həqiqəti eşitməyə haqqımız var”, – deyə Paşinyan bildirib.

Qeyd edək ki, bir neçə gündür Nikol Paşinyan və kilsə arasında gərginlik davam edir.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью