Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Uzun müddət subay qalan insanların münasibətlərə uyğunlaşması çətinləşə bilər.
Ölkə.az xəbər verir ki, "Psychology Today"də yer alan qiymətləndirmələrə görə, insan nə qədər uzun müddət subay qalırsa, münasibətə uyğunlaşma prosesi bir o qədər çətin ola bilər.
Mütəxəssislər bildirirlər ki, bu vəziyyət zamanla formalaşan fərdi rutinlər, şəxsi məkan vərdişləri və müstəqil həyat tərzinə bağlılıqla əlaqədardır.
Vərdişlərin oturuşması və gözləntilərin artması kompromis etməyi çətinləşdirir, eyni zamanda bir çox insanın bu prosesdə daha seçici olduğu qeyd edilir.
Bu isə müasir münasibətlərdə fərdi azadlığın artması ilə uyğunlaşma prosesinin daha mürəkkəb hala gəldiyini göstərir.
Həmidə İbrahimova