Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İngiltərənin Liverpul şəhərində kişi və qadın boksçular arasında dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb.
Sübhan Mamedov (50 kq) 1/16 finalda Fredelin De Los Santosla (Dominikan Respublikası) üz-üzə gəlib.
Boksçumuz rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib. O, 1/8 finalda Samet Gümüşlə (Türkiyə) qarşılaşacaq.
Döyüş sentyabrın 9-da olacaq. Qeyd edək ki, mundialın üçüncü günündə millimizin bir boksçusu rinqə çıxacaq.
Azərbaycan boksçuları İngiltərədə keçirilən dünya çempionatında iştirak edəcəklər Millimiz dünya çempionatına 11 boksçu ilə qatılacaq Boksçularımız Qazaxıstanda beynəlxalq turnirdə mübarizə aparacaq Azərbaycan boksçuları Çində 4 medal qazanıblar Azərbaycan millisi dünya çempionatına son hazırlıqları Qoridə keçəcək Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.