Sübhani erməniləri sakitləşdirdi: Müharibə İrandadır, sizdə yox!

17.06.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran tərəfinin Ermənistanda gördüyü işlərdə heç bir dəyişiklik olmayacaq. İranda da heç bir dəyişiklik olmayacaq, bütün xidmətlər xalqa təqdim olunur.

Axar.az xəbər verir ki. bu sözləri İranın Ermənistandakı səfiri Mehdi Sübhani erməni mediasına açıqlamasında deyib.

"Müharibə Ermənistan ərazisində deyil, İran ərazisində gedir. Ermənistan ərazisində birgə layihələr fəal şəkildə həyata keçirilir", - o qeyd edib.

Onun sözlərinə görə, maliyyələşmə müvafiq maliyyə strukturları tərəfindən həyata keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью