Şübhəli oyunların sayı kəskin artıb

02.02.2026

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

“United Lotteries for Integrity in Sports” (ULIS) təşkilatı 2025-ci il üzrə dünya idmanında şübhəli oyunlarla bağlı hesabatını açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, hesabatda yanvar-dekabr ayları ərzində 1091 potensial danışılmış oyunun müəyyən edildiyi bildirilir. Bu göstərici 2024-cü illə (733 oyun) müqayisədə təxminən 50 faiz artım deməkdi.
Maraqlıdı ki, şübhəli matçların böyük əksəriyyəti futbola təsadüf edib. 2025-ci ildə qeydə alınan potensial danışılmış oyunların 966-sı futbol matçlarıdı, bu da ümumi sayın 89 faizini təşkil edir.
Regionlar üzrə statistikaya gəlincə, Asiya 415 şübhəli oyunla ilk sırada yer alıb. Avropa 380 potensial danışılmış matçla 2-ci, Cənubi Amerika isə 110 oyunla 3-cü pillədədi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью