Subimendi: Ehtiyatda oturmağımın bir səbəbi var

26.05.2026

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Arsenal"ın yarımmüdafiəçisi Martin Subimendi UEFA Çempionlar Liqasının finalı ərəfəsində maraqlı açıqlamar verib. Sport24.az xəbər verir ki, "Marca" nəşrinə müsahibə verən 27 yaşlı futbolçu komandadakı mövqeyi, ehtiyat oyunçular skamyasında qalması və qarşıdakı həlledici qarşılaşma barədə danışıb.
Subimendi son matçlarda start heyətindən kənarda qalmasına baxmayaraq, bu durumun onu narahat etmədiyini bildirib. Premyer Liqadakı ümumi çıxışından razı qaldığını qeyd edən ispaniyalı oyunçu hər an meydana çıxmağa hazır olduğunu vurğulayıb.
PSJ ilə keçiriləcək final matçına toxunan yarımmüdafiəçi komandasının əsas silahının inam və soyuqqanlılıq olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, belə statuslu oyunlarda favorit axtarmaq düzgün deyil.
Subimendi baş məşqçi Mikel Artetanın işini də yüksək qiymətləndirib. O, mütəxəssisin uzun müddətdir ən yaxşılar sırasında yer aldığını və komandanın müdafiə xəttindəki sabitliyin məhz bununla bağlı olduğunu qeyd edib.
Təcrübəli oyunçu mövsümün sonu olmasına baxmayaraq, fiziki cəhətdən tam hazır olduğunu və yorğunluq hiss etmədiyini sözlərinə əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью