Sublimasiya edilmiş məhsullarla bağlı nəzarət tədbirləri keçirilib

03.02.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 3 fevral, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları dondurulub qurudulmuş (sublimasiya edilmiş) məhsullarla bağlı yoxlama keçiriblər.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı "Healthy Chic" MMC-yə məxsus emal müəssisəsində istehsal tarixi qeyd olunmayan emal edilmiş məhsullar və qanunvericiliyə uyğun etiket məlumatları olmayan hazır məhsullar müəyyən edilib.

Fiziki şəxs Zaur Bəylər oğlu Məmmədova məxsus “Bizim çərəz”, fiziki şəxs Elsun Arzu oğlu Əlixanova məxsus "Qozzi" və "Buta Çərəz" MMC-yə məxsus "Buta çərəz" qida obyektlərində qanunvericiliyə uyğun etiketlənməyən sublimasiya edilmiş məhsulların satışa çıxarıldığı aşkarlanıb.

Faktla bağlı sahibkarlıq subyektləri barəsində inzibati protokol tərtib olunub, məhsulların satışının dayandırılması və dövriyyədən çıxarılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Araşdırmalar davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью