Subsidiyalar artırılır Detallar

18.11.2024

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən 46 istiqamətdə 1 milyard 321,2 milyon manat subsidiya ödənişi proqnozlaşdırılır.

Mia.az xəbər verir ki, bu, Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi öz əksini tapıb.

Rəyə görə, bu, 2024-cü illə müqayisədə 26,1 % çoxdur.

Gələn il dövlət müəssisələrinə subsidiyalarda azalma, qeyri-dövlət müəssisələrinə və hüquqi şəxslərə subsidiyalarda isə artım nəzərdə tutulur.

2024-cü ildə olduğu kimi, 2025-ci ildə də hüquqi şəxslərə subsidiyalar cəmi subsidiyalarda ən böyük paya (62 %) malik olacaq.

Dövlət müəssisələrinə subsidiyaların azalması əsasən "Bakı Metropoliteni" QSC və "Təmiz Şəhər" ASC-yə, eləcə də Gənclər və İdman Nazirliyinə subsidiyaların azalması ilə bağlıdır. Palatanın apardığı kənar dövlət maliyyə nəzarəti tədbirləri bu istiqamətlərdə subsidiyaların azaldılmasının zəruriliyini göstərib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью