Sucada məktəbi kim vurub? Rusiya da Ukraynanı ittiham etdi

02.02.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Ukrayna Silahlı Qüvvələrinin Sucadakı internat məktəbinə hücumu terror aktıdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“Aydındır ki, bu terror aktının günahı Kiyev rejimini inadla və məsuliyyətsizcəsinə silahla təmin etməyə davam edən, bununla da onun qanlı cinayət əməllərinə töhfə verən bütün dövlətlərin üzərinə düşür. Bunun bütün təşkilatçıları və icraçıları və Kiyev xuntasının digər cinayətləri qanuna uyğun olaraq qaçılmaz cəzaya məruz qalacaq. İnsanların qaldığı internat məktəbinin planlaşdırılan atəşə tutulmasının Kiyevin qeyri-insani cinayətlərinin növbəti sübutudur”, - Zaxarova bildirib.

Qeyd edək ki, Ukrayna tərəfi Kursk vilayətinin Suca qəsəbəsindəki internat məktəbinin Rusiya hərbçiləri tərəfindən vurulduğunu iddia edir.

Ukrayna Baş Qərargahının məlumatına görə, dünən məktəbin raket atəşinə məruz qalması nəticəsində 4 nəfər ölüb, 4 nəfərin isə vəziyyəti ağırdır. 84 mülki şəxs xilas edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью