Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İtaliyanın Trentino bölgəsində yaşayan Mattia Maestrinin həyatı cəmi 4 yaşında olarkən yediyi bir tikə çiy süddən hazırlanmış pendir səbəbindən faciəyə çevrilib.
"Cebheinfo.az" xəbər verir ki, 2017-ci ilin iyun ayında o, ailəsi ilə birlikdə Escherichia coli (E. coli) bakteriyası ilə çirklənmiş, pasterizə olunmamış pendirdən yedikdən sonra şiddətli ishal, qusma və yüksək hərarət əlamətləri göstərib.
Xəstəxanaya yerləşdirilən Mattianın vəziyyəti qısa müddətdə ağırlaşıb. Həkimlər ona uşaqlarda nadir rast gəlinən, lakin ölümcül ola bilən hemolitik uremik sindrom (HUS) diaqnozu qoyublar. Xəstəlik nəticəsində onun böyrəkləri fəaliyyətini dayandırıb, sinir sistemi ciddi zədələnib.
Mattia komaya düşüb və bir daha ayılmayıb. Ailəsi 9 il ərzində oğullarının həyatını xilas etmək üçün böyük mübarizə aparıb. Mattia ev şəraitində xüsusi tibbi nəzarət altında saxlanılıb, hər gün çoxsaylı dərmanlar qəbul edib. Onun tənəffüsü və qidalanması tibb işçilərinin dəstəyi ilə təmin olunub. Lakin bütün səylərə baxmayaraq, 13 yaşlı Mattia həyatını itirib.
Hadisə İtaliyada uzun illər davam edən məhkəmə çəkişməsinə səbəb olub. Məhkəmə infeksiyanın məhz çirklənmiş pendirdən qaynaqlandığını təsdiqləyib.
2025-ci ildə pendir istehsal edən müəssisənin keçmiş rəhbəri və pendir ustası sağlamlığa ağır zərər vurmaqda təqsirli bilinərək hər biri 2 min 478 avro məbləğində cərimələnib.
Məhkəmə, həmçinin ailəyə 1 milyon avro məbləğində təzminat ödənilməsi barədə qərar çıxarıb. Mattianın atası Covanni Battista Maestri isə oğlunun ölümündən sonra çiy süddən hazırlanan məhsulların yaratdığı risklər barədə ictimaiyyəti maarifləndirmək məqsədilə xüsusi bir dərnək təsis edib.
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin