Süd emalı müəssisələrinin nümayəndələri ilə müzakirələr aparılıb

09.07.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 9 iyul, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası və süd emalı müəssisələrinin təmsilçiləri ilə görüş keçirib.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlayn formatda təşkil edilən görüşdə süd emalı müəssisələrində aparılan nəzarət tədbirləri zamanı aşkarlanan nöqsanlar, eləcə də, çiy süddə Aflatoksin M1 üzrə uyğunsuzluqlar, onun yaranma səbəbləri və qarşısının alınması üçün görülməli olan qabaqlayıcı tədbirlər sahibkarların nəzərinə çatdırılıb. Eyni zamanda, süd emalı müəssisələrinə dair mövcud tələblər diqqətə çatdırılıb, onların qida təhlükəsizliyi qeydiyyatına alınmasının vacibliyi vurğulanıb.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью