Süd emalı zavodunun mayası azaldı

26.11.2025

Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Kürdəmir Süd Emalı Zavodu" MMC nizamnamə kapitalı 1 milyon 503 min 520 manat və ya 11% azaldılıb.

Marja.az xəbər verir ki, "Kürdəmir Süd Emalı Zavodu" MMC nizamnamə kapitalının 15 milyon manatdan 13 milyon 496 in 480 manatadək azaldığını elan edir.

Kreditorlar öz tələblərini bir ay ərzində AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 132 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, "Kürdəmir Süd Emalı Zavodu" MMC-nin hüquqi ünvanı AZ1029, BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ ev.132 ("AZƏRSUN KƏND TƏSƏRRÜFATI MƏHSULLARI" MMC də bu ünvanda qeydə alınıb), qanuni təmsilçisi RÜSTƏMOV RÜSTƏM QƏRİB oğludur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью