Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Süd, qaymaq, qatıq, şor, nehrə yağı və digər ağartı məhsullarının qiymətində son vaxtlar artım var.
Qiymət artımını satıcılar da təsdiq edirlər. Məsələn, Bakının "8-ci kilometr" bazarına hər bölgədən məhsul gətirilir.
Bura ən ucuzluq olan yer kimi tanınsa da, süd məhsullarının bahalaşdığı bildirilir.
Satıcılar deyirlər ki, bəzi məhsullarda 30-50 qəpik arası qiymət artımı var.
Alıcılar isə artım olsa da, bazardan məhsul almaq mağaza və marketlərdən ucuz başa gəldiyi qənaətindədirlər.
İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, yerli süd məhsullarının bahalaşmasının əsas səbəbi heyvandarlıqda xərclərin artmasıdır.
Digər bir məqam isə xaricdən gələn süd məhsullarının bahalaşmasıdır.