Süd verən analar, diqqət! "Skuşonka”, “mürəbbəli çay”...

10.11.2026

Icma.az, Medicina portalına istinadən məlumat verir.


Yeni ana olanlar südü azalanda çox vaxt şəkərli içkilərə və müxtəlif bitki çaylarına üz tuturlar. Halbuki, ana südünün yetərli olması üçün diqqətdən qaçan əsas məqamlardan biri ananın yuxu və istirahət rejimidir.

Medicina.az xəbər verir ki, İnteqrativ tibb mütəxəssi, uzman dietoloq Lalə Yaqubova südvermə dövründə üç vacib amilə diqqət çəkir: yuxu, fiziki aktivlik və su qəbulu.

Mütəxəssis qeyd edir ki, açıq havada yüngül yürüşlər bağırsaq fəaliyyətini dəstəkləyir, kifayət qədər su qəbulu isə ananın maye balansının qorunmasına kömək edir.

Birçoxlarının süd artırmaq üçün müraciət etdikləri “skuçonka”, mürəbbəli çay kimi şəkərli içkilər effektiv deyil. Əksinə, əlavə şəkər qəbulu doğuşdan sonra çəki nəzarətini çətinləşdirə bilər.

Çay və kofe istifadəsinə diqqət!

Uzman dietoloq bildirir ki, kofe qəbulu zamanı xüsusilə diqqətli olmaq lazımdır. Çünki kofein ana südünə keçə və bəzi körpələrdə yuxu pozuntusu, narahatlıq və əsəbilik yarada bilər.

Mütəxəssisin mövzuya aid ətraflı izahını İnstaqram linki vasitəsilə izləyə bilərsiniz.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью