Süd vəzi xərçənginin diaqnostikasında MARAQLI YENİLİK

17.11.2024

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli Kolumbiya Universiteti alimləri süd vəzi xərçənini aşkar edən... büsthalter hazırlayıblar.

Bu alt paltarın içərisinə xüsusi infraqırmızı sensorlar yerləşdirilib ki, bu sensorlar süd vəzinin hərarətinin dəyişilməsinə reaksiya verir.

Süd vəzidə şiş prosesi inkişaf etməyə başladıqda bu qanın bu hissəyə daha çox axmasına səbəb olur. Bu isə yerli hərarətin yüksəlməsinə gətirib çıxardır.

The Telegraph xəbər verir ki, yeni büsthalter həm sağlam, həm də süd vəzi xərçəngi olan qadınlar üzərində test olunub və müsbət nəticələr verib. Araşdırmalar davam edir.

Alimlərin fikirinə görə, gələcəkdə yeni büsthalterdən istifadə süd vəzi xərçəngini ilkin mərhələlərdə aşkar etməyə imkan verəcək.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью