Süd vəzi xərçənginin əlamətləri Onkoloq sadaladı

17.11.2024

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Süd vəzisi xərçəngi qadınlarda ən çox yayılmış xərçəng növlərindən biridir. Təəssüf ki, xəstəliyin diaqnozu daha çox sonrakı mərhələlərdə aşkarlanır.

Sağlamolun.az xəbər verir ki, Rusiyadan olan onkoloq-mammoloq Marqarita Maqdalyanovanın sözlərinə görə, mütəmadi olaraq özünü müayinə etməklə yenitörəməni vaxtında aşkar etmək olar.

Onkoloq bildirib ki, süd vəzisində adətən ağrı və ümumən özünü büruzə verməyən bərkimə varsa, artıq xərçəngdən şübhələnmək olar. Belə olduğu zaman təcili müayinə olunmaq lazımdır.

Həkim qadınlara  özünə diqqət göstərməyi, qeyri-adi şişlərə və ya dəyişikliklərə həssas yanaşmağı, nə isə bir fərqlilik hiss olunduqda dərhal həkimə baş çəkməyi tövsiyə edib.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью