Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən gün Göyçayın Hacalıkənd kəndində su kanalında batan 1987-ci il təvəllüdlü, Ağdaş rayon sakini Seyidov İlkin Bəhram oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran Dalğıc axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
Hadisə ilə bağlı araşdırma aparılır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin