Sudakov millimizə qarşı oynamayacaq

12.10.2025

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sabah Polşanın Krakov şəhərində Azərbaycan millisini qəbul edəcək Ukrayna yığmasının yarımmüdafiəçisi Georgi Sudakovun durumuna aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, İslandiya ilə oyunun (3:5) birinci hissəsində zədələnərək əvəzlənən 23 yaşlı oyunçu yığmanın düşərgəsini tərk edib.

Onun təmsilçimizlə görüşü kənardan izləyəcəyi dəqiqləşib. Sudakovun dedikləri ilə tanış olun: “Təəssüf ki, bu təlim-məşq toplanışı mənim üçün başa çatıb. Ümid edirəm ki, tezliklə sağalacam. Uşaqlara Azərbaycanla görüşdə qələbə arzulayıram”.

Qeyd edək ki, Ukrayna – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью