Sudan humanitar fəlakət astanasında

27.06.2026

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əl-Ubayyid şəhərinə yaxın vaxtlarda hücum ediləcəyi ehtimalı artıb

Sudan yeni humanitar fəlakətin astanasındadır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə BMT-nin Siyasi Məsələlər və Sülh Quruculuğu üzrə Baş katibinin müavini Rozmari DiKarlo deyib.

Bildirib ki, Şimali Kordofan əyalətinin paytaxtı əl-Ubayyid şəhərinə yaxın vaxtlarda hücum ediləcəyi ehtimalı artıb.

Son iki həftə ərzində Sudanda mərkəzi hakimiyyətə qarşı silahlı mübarizə aparan çevik dəstək qüvvələri və Sudan ordusu arasında əl-Ubayyid ətrafında qarşılıqlı PUA hücumlarının sayı artıb.

BMT rəsmisi vurğulayıb ki, bölgədə hərbi əməliyyatların genişlənməsi yüz minlərlə mülki sakini birbaşa təhlükə ilə üz-üzə qoya bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью