Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əbdül Fəttah əl-Burhan: “Sudan xarici təzyiq altında güzəştə getməyəcək”
“Sudanın ABŞ-ın təklif etdiyi atəşkəs şərtlərini qəbul etmək və ya xarici təzyiq altında güzəştə getmək niyyəti yoxdur”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Sudanın Suveren Şurasının rəhbəri və ordunun komandanı Əbdül Fəttah əl-Burhan Xartumda çıxışında deyib.
"Dediklərimizdən geri çəkilməyəcəyik: heç bir ölkəyə vizaya ehtiyacımız yoxdur, onların icazəsinə ehtiyacımız yoxdur", - deyə bildirib.
Əl-Burhan vurğulayıb ki, “Sudan xarici təzyiq altında güzəştə getməyəcək”.
Qeyd edək ki, Sudan Suveren Şurasının rəhbəri ölkə nümayəndə heyətinə BMT Baş Assambleyasının 81-ci sessiyasında rəhbərlik etməyi və 24 sentyabrda ümumi müzakirələrdə çıxış etməyi planlaşdırırdı. Lakin ABŞ ona giriş vizası vermədi. Rəsmi Xartum BMT-nin Baş katibi Antonio Quterreşə müraciət edərək, ölkənin sessiyada iştirak etmək üçün nümayəndə heyəti üçün lazımi tələbləri yerinə yetirdiyini bildirib. Nyu-Yorkdakı Sudan nümayəndə heyətinə sonda xarici işlər naziri Muhyi əl-Din Salem rəhbərlik edib.
“Reuters” agentliyinin məlumatına görə, Vaşinqton əl-Burhanın BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ vizası verməsini ABŞ-ın təklif etdiyi qeyd-şərtsiz 90 günlük atəşkəsə razılaşması ilə şərtləndirib. Planı ABŞ Prezidentinin Ərəb və Afrika məsələləri üzrə baş müşaviri Məssəd Bulos təqdim edib. Əl-Burhan şərti rədd edib.