Sudan ordusu əlCəzirə əyalətinin paytaxtını azad edib AZƏRTAC

11.01.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qahirə, 11 yanvar, AZƏRTAC

Sudan ordusu əl-Cəzirə əyalətinin mərkəzi Vadmədəni şəhərini azad edib. Şəhər 2023-cü ilin dekabrında üsyankar Çevik Dəstək Qüvvələri adlandırılan silahlı qruplaşmanın nəzarəti altına keçmişdi.

AZƏRTAC bildirir ki, bu barədə Sudan İnformasiya Agentliyi xəbər verib.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının Koordinasiya Ofisinin yaydığı son hesabata görə, ölkədə 2023-cü il aprelin 15-də başlayan münaqişədən bəri 15 min 550 ölüm qeydə alınıb, köçkünlərin sayı isə 8,7 milyona çatıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью