Icma.az bildirir, Bizim media portalına istinadən. Azərbaycanda həkim səhlənkarlığı hər zaman gündəmdə olan mövzulardandır.
Xəstənin əməliyyatdan sonra halı pisləşsə, sağlamlığına əlavə zərər vurulsa, hətta ölsə belə heç kəs bunun həkim səhvi olduğunu qəbul etmir.
Xəstə yaxınları nə qədər şikayət etsələr də, iddialar irəli sürsələr də, hətta əllərində fakt belə olsa, yenə də həkimlərə qalib gələ bilmirlər.
Həkimlər də öz növbələrində hər dəfə müxtəlif bəhanələrlə işin içindən çıxmağı bacarırlar.
Nəzərə alsaq ki, son dönəmlər saxta cərrahlarla bağlı müxtəlif faktlar da aşkarlanıb, insanlar kimə etibar edəcəklərini bilmirlər.Həkimlərin hər dəfəsində necə məhkəmədə qalib gəlməsi dəfələrlə müzakirə olunub.
Ekspertlər açıqlamalarında bildirirlər ki, həkim səhvini sübut etmək üçün ekspertiza rəyi lazım olur, rəyi verən də başqa bir həkimdir.
Belə olduqda, verilən rəyin nə dərəcədə şəffaf olması sual altında qalır.Bəs həkimlər hansı hallarda cəzalandırılır?Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Bizim.Media-ya bildirib ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 57-ci maddəsində vətəndaşların sağlamlığına vurulan ziyanın ödənilməsi ilə bağlı norma müəyyən edilib.
Bu normaya əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar.“Həmçinin Mülki Məcəllənin 1112-ci maddəsi tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsini tənzimləyir.