Sudan sərhədində atışmada iki Misir hərbçisi həlak olub

06.11.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 6 noyabr, AZƏRTAC

Sudanla sərhəddə baş verən silahlı atışma nəticəsində iki Misir sərhədçisi həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Misir Silahlı Qüvvələrinin sözçüsü Əhməd Atman məlumat verib.

Onun sözlərinə görə, insident Misirin cənub sərhədində qanunsuz silahlı qruplaşmaların tərəfdarları ilə baş verib. Həmin qruplaşmaların bölgədə qanunsuz qızıl hasilatı ilə məşğul olduğu bildirilir.

Atman qeyd edib ki, son əməliyyatlar zamanı 34 odlu silah və müxtəlif çaplı 6300-dən çox patron müsadirə edilib. Qanunsuz qızıl hasilatı və ixracına qarşı mübarizə əməliyyatlarının növbəti mərhələsinin noyabrın 7-də başlanması planlaşdırılır.

O, bütün əməliyyatların yalnız Misir ərazisində həyata keçirildiyini və mülki şəxslərin hədəf alınmadığını vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью