Sudanda 24,6 milyon nəfər aclıqdan əziyyət çəkir KONKRET

25.12.2024

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Sudanda ordu ilə yarımhərbi qrup arasında gedən müharibə səbəbindən aclıq genişlənir.

KONKRET.az xəbər verir ki, bunu BMT-nin dəstəklədiyi qlobal aclıq monitorinqindən bildiriblər. Məlumata görə, Sudanın qərbində və cənubundakı Nuba dağlarında yaşayış və köçkün icmalarında insanlar acından ölür. Komitə həmçinin müəyyən edib ki, ilk dəfə avqust ayında müəyyən edilən aclıq may ayına qədər daha beş rayona  yayıla bilər. Komitə həmçinin Sudanda aclıq təhlükəsi ilə üzləşən daha 17 bölgəni müəyyən edib. Hesabata görə, 24,6 milyon sudanlı  ciddi ərzaq təhlükəsizliyi ilə üzləşib.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью