Icma.az, 525.az saytına istinadən bildirir.
Sudanla Cənubi Sudan arasında mübahisə mövzusu olan Abyei bölgəsindəki bazara pilotsuz təyyarələrlə hücum təşkil edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində 153 nəfər ölüb.
Abyei administrasiyasının müvəqqəti informasiya naziri Yohanna Akol Nqor bildirib ki, dronlarıa şəhərin şimalındakı Amiet bazarına və yaxınlıqdakı yanacaq anbarına zərbələr endirilib. Anbarda yanğın baş verib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi hücumu qınayaraq, qadın və uşaqlar da daxil olmaqla bir çox mülki şəxsin öldüyünü və yaralandığını bildirib.
Bildirilib ki, Abyeidəki BMT Müvəqqəti Təhlükəsizlik Qüvvələri (UNISFA) yaralıları təxliyə etmək və yanğını nəzarətdə saxlamaq üçün əraziyə tibbi qruplar və təcili yardım bölmələri göndərib.
İbrahim Cəfərov