Sudanda bazarın bombalanması insan tələfatına səbəb olub

02.02.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 2 fevral, AZƏRTAC

Sudanın paytaxtı Xartum yaxınlığında bazarın bombalanması nəticəsində azı 50 nəfər həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Sudanın Səhiyyə Nazirliyindən bildirilib. Hücum nəticəsində daha 160 nəfər xəsarət alıb. Zərərçəkənlərin əksəriyyəti uşaqlar və qadınlardır.

Rəsmi mənbələr hücumu Çevik müdaxilə qüvvələrinin təşkil etdiyini bildirir. Qeyd olunur ki, nizami ordunun inadlı müqaviməti sayəsində zəifləyən silahlı qruplaşma mülki şəxsləri hədəfə alır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью