Sudanda hərbi təyyarə binaya çırpıldı 46 ölü (YENİLƏNİB)

26.02.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Sudanda hərbi təyyarə qəzaya uğraması nəticəsində 46 nəfər ölüb. 

"Unikal" xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Bildirilib ki, təyyarə havaya qalxdıqdan sonra texniki nasazlıqlar səbəbindən yaşayış binasına çırpılıb.

***10:19

Sudanda 20-dən çox hərbçi və mülki şəxsin ölümünə səbəb olan təyyarə qəzası baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Sudanın Omdurman (Xartum peyk şəhəri) ərazisində hərbi təyyarə texniki nasazlıq səbəbindən yaşayış binasına çırpılıb. 

Təyyarə Xartumdakı Vadi Seyidna aviabazasından qalxdıqdan bir neçə dəqiqə sonra birbaşa yaşayış binasının üzərinə düşüb.

Ağarza Elçinoğlu



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью