Sudanda hərbi təyyarə qəzası: 40 dan çox ölü

26.02.2025

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sudanın Omdurman şəhərində hərbi təyyarə qəzaya uğrayıb.

Ölkə.az "Associated Press"ə istinadən xəbər verir ki, təyyarə Vadi Seydna aviabazasının yaxınlığında qəzaya uğrayıb. 

O, yaşayış binalarının yanına düşüb, bir neçə binaya ziyan dəyib. Təyyarənin qəzaya uğraması nəticəsində 46 nəfər həlak olub. Ölənlər arasında həm hərbçilər, həm də mülki şəxslər var.

Bundan əlavə qəzanın səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib. "Reuters" agentliyinin yaydığı xəbərə görə, təyyarə texniki səbəblərə görə qəzaya uğrayıb.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью