Sudanda mədən çökdü: 11 ölü, 30 yaralı

21.09.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sudanın şimal-şərqində qızıl mədəninin çökməsi nəticəsində ən azı 11 nəfər ölüb, təxminən 30 nəfər yaralanıb. 

Bakıvaxtı.az "Associated Press"ə istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərqindəki ucqar Oni bölgəsində baş verib. 

"Sudan Mineral Resources Co" şirkətinin nümayəndəsi 11 qurbanın cəsədinin tapıldığını və daha 30 nəfərin xilas edildiyini açıqlayıb.

Dağıntılar altında itkin düşənlərin axtarışı davam edir.

Qeyd edək ki, bu, Sudandakı qeyri-rəsmi qızıl mədənində baş verən ikinci böyük çökmədir. Bundan əvvəl, 13 sentyabrda ölkənin qərb hissəsində baş verən mədən çökməsi nəticəsində ən azı 82 nəfər ölmüşdü.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью