Sudanda məhkəmə binasına dron hücumu 13 ölü, 22 yaralı

10.09.2026

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sudanın Şimali Kordofan əyalətində Sürətli Dəstək Qüvvələri (RSF) məhkəmə binasına dron hücumu təşkil edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində ilkin məlumatlara görə, ən azı 13 nəfər ölüb, 22 nəfər isə yaralanıb.

Sudan hökumətinin açıqlamasında qeyd olunub ki, RSF mülki şəxslərin olduğu saatlarda Um Ravaba şəhərindəki məhkəmə binasını dronla hədəfə alıb. Bildirilib ki, bu hücum mülki və hərbi hədəflər arasında fərq qoymaq prinsipini pozub. Eləcə də hücumun beynəlxalq humanitar hüquqa zidd olduğunu vurğulanıb.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью