Sudanda qızıl mədəni uçdu: 6 ölü

06.09.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Sudanın şimalında qızıl mədəninin uçması nəticəsində altı nəfər həlak olub, 20 nəfərə yaxın insanın dağıntılar altında qalması ehtimal olunur.

Bakıvaxtı.az bildirir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.

Faciə cümə günü Berber şəhərinin qərbində baş verib.

"Dağıntılar altında qalanların xilas edilməsi istiqamətində işlər davam etdirilir", - məlumatda bildirilib.

Hadisənin səbəbləri məlum deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью