Sudanda səhiyyə sistemi çökdü: Vəba iki gündə 70 can aldı

29.05.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sudanın paytaxtı Xartum şəhərində iki gün ərzində 70 nəfər vəbadan ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə "Al Arabiya" nəşri ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat verib.

Bu müddət ərzində, həmçinin 2 100-dən çox yoluxma qeydə alınıb.

Qeyd olunub ki, ötən həftə xəstəlikdən 172 nəfər ölüb.

Məqalədə qeyd edilir ki, ölkədə döyüşlərin davam etməsi ilə əlaqədar səhiyyə sistemi ciddi təzyiq altındadır və ekoloji vəziyyətin pisləşməsi xəstəlik hallarının artmasına səbəb olur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью