Sudanda yaraqlılar 3 həftədə 60 min insan öldürüb: Hər yerdə cəsəd dağları... | Icma.az
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir. Sudanlı silahlılar üç həftə ərzində ən azı 60 min nəfəri öldürüb.
Daha 150 min nəfər itkin düşüb. Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti yazıb.
Yel Universitetinin Humanitar Elmlər Tədqiqat Laboratoriyasının direktoru Nathaniel Raymond Sudanın böyük şəhəri olan Əl-Fəşirdə baş verənlər barədə danışarkən detib: "Bura artıq kəsimxanaya bənzəməyə başlayır".
Onun komandası peyk görüntülərindən istifadə edərək ölkədəki vəziyyəti təhlil edir.
Görüntülər dəhşətlidir: Bazarlar boşdur, mal-qara yoxdur. Bir vaxtlar 1,5 milyon insanın yaşadığı şəhər tamamilə boş görünür.
Əl-Fəşir təsəvvürə gəlməyəcək bir cinayətin məkanına çevrilib.
"Çevik Reaksiya Qüvvələri (RSF) şəhərə nəzarəti ələ keçirdikdən sonra bütöv məhəllələr "nəhəng cinayət məkanı"na bənzəməyə başlayıb", deyə Reymond bildirir.
Hər yerdə cəsəd dağları, kütləvi məzarlıqlar və yandırma üçün qazılmış xəndəklər görünür.
Tam oxu
Xəbəri oxu