Sudandakı hərbi bazadan havaya qalxan təyyarə qəzaya uğrayıb

26.02.2025

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Sudan ordusu Xartumun Umdurman bölgəsində Vadi Seyidna hərbi bazasından havaya qalxan hərbi təyyarənin qəzaya uğraması nəticəsində mülki vətəndaşların və əsgərlərin həyatını itirdiyini açıqlayıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ordu sözçüsü yazılı açıqlamasında “Təyyarələrimizdən biri bu gün axşam saatlarında Vadi Seyyidna hərbi bazasından havaya qalxdıqdan sonra qəzaya uğrayıb” deyib.

Bəyanatda təyyarə qəzası nəticəsində həyatını itirən və yaralanan mülki vətəndaşların və əsgərlərin olduğu bildirilib.

Açıqlamada yaralıların müalicə üçün xəstəxanaya aparıldığı, yanğınsöndürənlərin qəza yerində başlayan yanğını nəzarətə götürdüyü bildirilib.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью