Sudanın Əbu Şuk köçkün düşərgəsində 40 gündə aclıq və xəstəlikdən 95 nəfər ölüb

29.09.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 29 sentyabr, AZƏRTAC

Sudanın qərbində, Əl-Faşir şəhərində yerləşən Əbu-Şuk köçkün düşərgəsində son 40 gün ərzində azı 95 nəfər aclıq və xəstəliklər nəticəsində həyatını itirib.

AZƏRTAC xəbər verir ki, düşərgənin Təcili Yardım Bölməsinin məlumatına görə, ölənlərin 73-ü beş yaşadək uşaq, 22-si isə yaşlılardır. “Təhlükəsizlik problemləri və ağır humanitar vəziyyət nəticəsində, xüsusilə də humanitar yardımdan və əsas xidmətlərdən məhrum edilmiş məcburi köçkünlər arasında qida, içməli su və tibbi yardım çatışmazlığı olduqca kəskindir”, – deyə məlumatda bildirilir.

Düşərgədə fəaliyyət göstərən könüllülər beynəlxalq təşkilatları mülki əhalinin münaqişə zonasından təhlükəsiz çıxışı üçün humanitar dəhlizlərin yaradılmasına çağırırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью