Süfrələrin bəzəyi bulqur əslində şəfa yox, zəhər imiş

15.10.2025

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bulqur xüsusilə salatlarda və əsas yeməklərdə geniş istifadə olunur. Tərkibində lif olduğu üçün sağlam alternativ kimi tanınsa da, yanlış miqdarda və düzgün olmayan şəkildə istifadə edildikdə sağlamlıq üçün risk yarada bilər.

Milli.Az xəbər verir ki, hər nə qədər bulqur, ağ düyü ilə müqayisədə daha aşağı qlisemik indeksə malik olsa da, xüsusilə incə dənəli bulqur qan şəkərini sürətlə yüksəldə bilər.

Yayda şirin içkilər, meyvə və desertlərlə birlikdə qəbul edildikdə qan şəkərində qəfil dalğalanmalar, halsızlıq və aclıq tutmaları yarada bilər.

Araşdırmalara görə, yüksək qlisemik indeksli qidalar isti havada daha güclü insulin reaksiyasına səbəb olur.

Yüksək temperatur səbəbilə orqanizmdə həzm yavaşıyır. Bu halda bulqur kimi lifli qidalar şişkinlik, qaz və qəbizlik, mədə turşuluğunu artırıb reflü yarada bilər.

Bulqur buğdadan əldə edildiyi üçün qluten ehtiva edir. Çölyak və ya gluten intoleransı olan şəxslər üçün qətiyyən məsləhət görülmür.

Gizli qluten həssaslığı olan insanlarda uzun müddət istehlak bağırsaqlarda iltihab və immun sistemində pozuntuya səbəb ola bilər.

Bulqur çox zaman tomat pastası, yağ, duz, nar şərabı kimi məhsullarla qarışdırılır. Bu isə: qaraciyər və böyrəklərə əlavə yük, susuz qalan orqanizmdə ödem və təzyiq problemi yaradır.

Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью