Süfrənizdəki bu məhsul ölüm saçır: AQTA dan ciddi xəbərdarlıq

12.11.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Göbələklərin düzgün seçilməməsi ağır zəhərlənmələrə, hətta ölümə səbəb ola bilər.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) zəhərli yabanı göbələklərin istehlakı ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Agentlik bildirir ki, göbələk zəhərlənmələri əsasən tərkibində təbii toksinlər olan zəhərli yabanı göbələklərin qida kimi istifadə edilməsi nəticəsində baş verir. Bunun başlıca səbəbləri zəhərli növlərin yeməli göbələklərlə qarışdırılması, eləcə də məhsulun toplanması, saxlanması və hazırlanması zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsidir. Online alış-veriş

AQTA-nın diqqətə çatdırdığına görə, bəzi zəhərli göbələklər zahiri görünüşünə görə yeməli növlərlə demək olar ki, eynidir. Bu səbəbdən onların yalnız rənginə, formasına və qoxusuna əsasən təhlükəsiz olub-olmadığını müəyyənləşdirmək mümkün deyil.

Qeyd olunur ki, göbələk zəhərlənmələrinə daha çox yaz və payız aylarında rast gəlinir. Zəhərlənmənin ağırlıq dərəcəsi göbələyin növündən və tərkibindəki toksinlərdən asılıdır. Belə hallar qaraciyər və böyrəklərin zədələnməsinə, sinir sisteminin fəaliyyətinin pozulmasına, mədə-bağırsaq problemlərinə, ağır vəziyyətlərdə isə ölümə gətirib çıxara bilər.

AQTA istehlakçılara mənşəyi və növü məlum olmayan yabanı göbələkləri toplamamağı və yeməməyi tövsiyə edir. Həmçinin küçə ticarəti və səyyar satış məntəqələrindən göbələk alınmaması, məhsulun mənşəyi məlum olan stasionar satış obyektlərinə üstünlük verilməsi tövsiyə olunur.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью