Sui qəsd iddialarından sonra o, alış verişə getdi

06.01.2026

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sui-qəsd iddialarından sonra Suriya prezidenti Əhməd Şaranın Dəməşqdə alış-veriş edərkən görüldüyü bildirilir.

Turkustan.az xəbər verir ki,Türkiyənin Dəməşqdəki səfiri Nuh Yılmaz sosial mediada bildirib ki, "Dezinformasiya kampaniyalarına cavab olaraq, bu gün Suriya prezidenti Əhməd Şaranın Mezzedə alış-veriş etdiyi görüntülər yayılıb".
Digər tərəfdən, Suriya Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin əl-Baba bəzi platformalarda prezident Əhməd Şara və bir sıra yüksək vəzifəli məmurları hədəf alan təhlükəsizlik hadisəsi ilə bağlı iddiaların tamamilə əsassız olduğunu bildirib.
Bəzi sosial media hesablarında prezident Əhməd Şaranın sui-qəsd cəhdindən sonra yaralandığı iddia edilmişdi.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью