Suiti və quşların ölüm səbəbi araşdırılır FOTO

13.01.2025

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Xəzər dənizinin Bilgəh qəsəbəsi sahilində  aşkarlanan suiti və quş cəsədləri ilə bağlı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev "Cebheinfo.az"-a bildirib ki, suiti və quşların ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətlərinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən cəsədlərdən nümunələr götürülüb.

Xidmət rəsmisinin sözlərinə görə analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью