Sükan arxasında cavanlıq edən gənc sürücüdən təhlükəli hərəkətlər VİDEO

06.08.2026

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Bakıda avtomobillə təhlükəli hərəkətlər edən sürücü qayda pozuntularını əks etdirən görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın müxtəlif küçə və prospektlərində fərqli vaxtlarda qeydə alınıb.

Belə ki, 77-VJ-239 dövlət qeydiyyat nişanlı "Geely" markalı avtomobilin sürücüsü ötmə və manevr qaydalarını dəfələrlə pozaraq digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradıb. Paylaşılan videolardan görünür ki, sürücü təhlükəsizlik kəmərindən istifadə etmədən avtomobili idarə edib. Bundan əlavə, o, yaşayış məntəqəsində müəyyən edilmiş sürət həddini dəfələrlə aşaraq yol hərəkətinin təhlükəsizliyini kobud şəkildə pozub.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью