Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İdarəetmədən çıxan avtomobil mağazaya girib. Avtosfer.az xəbər verir ki, ABŞ-nin Kanzas şəhərində baş verən hadisə müşahidə kamerası tərəfindən qeydə alınıb.
Belə ki, hərəkətdə olan “KİA” markalı avtomobilin sürücüsü sükan arxasında olarkən qəfil halı pisləşib.
Nəzarətsiz qalan avtomobil yüksək sürətlə əks yol keçərək əvvəlcə yol kənarındakı nişana daha sonra isə bir dükana çırpılıb. Yerli medianın məlumatına görə, qəza nəticəsində sürücü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Mağazaya ciddi ziyan dəyib. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Oxunub 10