Sükan arxasında instinktə güvənmək təhlükəlidir? AÇIQLAMA VİDEO

20.10.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sürücülər bəzən yolda gözlənilməz vəziyyətlə qarşılaşdıqda instinktiv olaraq manevr edir və bununla da daha böyük təhlükə yaradırlar. Halbuki, bəzi hallarda düzgün qərar vermək və mümkün təhlükəni əvvəlcədən qiymətləndirmək qəzanın qarşısını ala bilər.

Avtosfer.az xəbər verir ki, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov sürücülərin diqqətinə bu cür vəziyyətlərdə düzgün davranış qaydalarını çatdırıb.

O, Heydər Əliyev prospektinin orta zolağında baş verən bir vəziyyət üzərindən sürücülərin yol verdiyi səhvə diqqət çəkib. Belə ki, sağ zolaqda hərəkət edən avtomobil görünən kimi sürücü ayağını qaz pedalından çəkir. İlk baxışdan adi görünən bu hərəkətin arxasında isə mümkün təhlükənin əvvəlcədən qiymətləndirilməsi dayanır.

Sürücülər bəzən qarşılarındakı avtomobilin hərəkətini düzgün təhlil etmədən ani qərarlar verirlər. Sağ zolaqdakı avtomobil bir qədər irəli buraxıldıqda onun sürücüsünün hansı manevri edə biləcəyi nəzərə alınmalıdır.

Əgər avtomobil mavi rəngli avtomobillə yanaşı hərəkət etsəydi və həmin avtomobil bir qədər irəli çıxsaydı, onun sürücüsü instinktiv şəkildə zolağını dəyişərək sola, videonu çəkən avtomobilin hərəkət etdiyi zolağa keçə bilərdi. Həmin vaxt sol zolaqda da başqa avtomobil olsaydı, təhlükəli vəziyyətdən yayınmaq daha çətin olardı və toqquşma baş verə bilərdi.

Məşqçi vurğulayıb ki, sürücülər sükan arxasında yalnız öz hərəkətlərinə deyil, ətrafdakı avtomobillərin mümkün manevrlərinə də diqqət yetirməli, təhlükəli vəziyyət yaranmamışdan əvvəl onu dəyərləndirməyi bacarmalıdırlar.

Bu kimi hallar onun dərslərdə tələbələrinə öyrətdiyi əsas məqamlardandır. Məqsədi isə sürücülərin belə bilikləri yalnız xüsusi kurslarda deyil, gündəlik idarəetmə zamanı da tətbiq etməsi və mümkün qəzalardan qorunmasıdır.

Aqil Rəhimov qeyd edib ki, sürücüləri təhlükəsiz idarəetmə vərdişlərini inkişaf etdirmək üçün qəza əleyhinə kurslarda iştirak etməyə dəvət edib.

Yolda düzgün qərar vermək, təhlükəni vaxtında görmək və uyğun davranışı seçmək hər bir sürücünün məsuliyyətidir. Son qərar isə sükan arxasında olan şəxsin özündən asılıdır.

Eltac Zülfüqaroğlu

bax.tvhttps://player.bax.tv/embed/228024.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=avto-moto-xeberler

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью