Sükan arxasında makiyaj edən qadın sürücüləri hövsələdən çıxardı VİDEO

27.11.2026

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində sürücünün məsuliyyətsiz davranışı kameraya düşüb.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “WhatsApp” ünvanına video göndərərək məlumat verib.

Hadisə noyabrın 24-də saat 13:30 radələrində qeydə alınıb. Belə ki, 99-VM-215 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən sükan arxasında makiyaj etməklə məşğul olub. Diqqətini yoldan yayındıran qadın sürücü önündəki avtomobillər hərəkətə başlasa da, yerindən tərpənməyib. Nəticədə ondan arxada olan nəqliyyat vasitələrinin hərəkətində ləngimə yaranıb.

Kadrlardan görünür ki, hətta ondan sağ zolaqdakı avtomobilin sürücüsü də manevr edərək qarşısına keçib.

Şikayətçinin sözlərinə görə, qadın sürücü yolboyu makiyaj etməyə davam edib, digər sürücülərin xəbərdarlıqlarına isə məhəl qoymayıb. Onun sözlərinə görə, hərəkətin ləngiməsi səbəbindən özü də sözügedən avtomobili ötmək məcburiyyətində qalıb.

Qeyd edək ki, avtomobil idarə edərkən sürücünün diqqətini yayındıran hərəkətlərlə məşğul olması həm özünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini riskə atır. Makiyaj etmək kimi şəxsi işlər sükan arxasında deyil, avtomobil təhlükəsiz yerdə saxlanıldıqdan sonra görülməlidir.

Nərmin

bax.tvhttps://bax.tv/embed/229316.html

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью