Sükan arxasında telefonla danışan sürücülərə 50 manat cərimə kameralar bunu necə müəyyənləşdirir?

27.01.2026

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda bir çox avtomobil qəzası sürücünün mobil telefondan istifadə etməsi səbəbindən baş verir.

Ümumiyyətlə, sükan arxasında telefonla danışmağın cəriməsi nə qədərdir? Bu, kameralar tərəfindən müəyyənləşdirilə bilirmi?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Redaktor.az-a açıqlamasında bildirdi ki, telefonu əldə tutmaqla danışmağın cəriməsi 50 manatdır:

"Sürücünün telefonla danışması kamera ilə müəyyənləşdirilə bilir, yəni görüntüsü olur. Qanunda göstərilir ki, telefonu əldə tutmaqla danışmaq və yaxud da telefonla mesaj yazmaq qayda pozuntusudur. Əgər telefonu tutacağa qoyub danışırsınızsa, bu qayda pozuntusu sayılmır və qulaqcıq varsa, qulaqcıq taxıb da danışa bilərsiniz. Əsas məsələ burada telefonu əldə tutmaqla fikrin yayındırılmasıdır. Bu, qanun pozuntusu sayılır".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью